Tbilisi Azərbaycan Dövlət Dram Teatrının kollektivi məşhur gürcü yazıçısı Nodar Dumbadzenin “Ağ bayraqlar” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb. Tamaşanın quruluşçu rejissoru Namiq Valehoğlunun bildirdiyinə görə, səhnə əsəri fevralın əvvəllərində tamaşaçılara təqdim olunacaq. Tamaşada aktyorlardan Namiq Musayev, Aslan Məmmədov, Vüqar Maşov, Anar Rafiqoğlu, Binəli İslamoğlu və başqaları rol alıb. Yeni səhnə əsərinin hazırlanmasının təşəbbüsçüsü Gürcüstanda Azərbaycan Mədəniyyətinin İnkişafı Mərkəzidir. Layihəyə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi dəstək verib.