Yeni yaradılmış “Simsar” Teatr Studiyası ilk tamaşasını təqdim edib. “Vaqa” adlı tamaşa Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunub. 
    Teatrda marionet aktyorları idarə edən ip və taxta parçaları “vaqa” adlanır. Maraqlı mövzu və səhnə təqdimatı olan tamaşa pantomim janrında qurulsa da, modern, plastika, musiqi və rəqsi özündə birləşdirib.
   Dörd hissədən ibarət tamaşanın quruluşçu rejissorları Pərviz Məmmədrzayev və Qurban Məsimovdur. Rolları Pərviz Məmmədrzayev, Qurban Məsimov və Səbinə Məmmədzadə ifa ediblər. Mətnləri studiyanın gənc aktyoru Nicat Həbibzadə səsləndirib.
   Qeyd edək ki, 2010-cu ilin mayında fəaliyyətə başlayan “Simsar” Teatr Studiyasının bədii rəhbəri Əməkdar artist Pərviz Məmmədrzayev, direktoru İradə Nurəddinqızıdır.