Tbilisi Dövlət Akademik Rus Dram Teatrının kollektivi gələn ay Bakıya qastrola gələcək. Kollektiv Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində martın 1-i və 2-də məşhur polyak dramaturqu Slavomir Mrojekin eyniadlı pyesi əsasında "Mühacirlər" tamaşasını nümayiş etdirəcək. Tamaşanın rejissoru İrakli Apakidzedir.