Naxçıvan Dövlət Kukla Teatrı yeni tamaşa səhnələşdirir. Mədəniyyət müəssisəsindən verilən məlumata görə, müəllifi yazıçı Aybəniz Ağayeva olan yeni tamaşa “Dünya tufanı” adlanır. Tamaşanın rejissoru Nadir Hüseynov, quruluşçu rəssamı Əli Səfərov, musiqisi Əli Məmmədova adiddir. Rolları İlqar Babayev, İbad Nəbiyev, Gülnar Babayeva, İlham Babayev, Rza Zamanov və başqaları ifa edəcəklər. Mart ayında tamaşanın təqdimatı olacaq.