Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup aktyoru İran İslam Respublikasının «Dramatik İncəsənət Mərkəzi»nin dəvəti ilə Beynəlxalq “Fəcr” Teatr Festivalında iştirak etmək üçün fevralın 3-də İrana yola düşüb. Kollektiv fevralın 5-də İranın Gülüstan vilayətinin Kurqan şəhərində V.Şeksprin «Otello» tamaşası ilə çıxış edəcək. İrana yola düşmüş qrupa teatrın baş rejissoru, Xalq artisti Cənnət Səlimova, əməkdar artistlər İlqar Cahangirov, Leyli Vəliyeva, Şövqi Hüseynov, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Seyidşah Məmmədov və başqaları daxildir. Qeyd edək ki, festivalda təqdim olunacaq tamaşanın quruluşu, səhnə və musiqi tərtibatı Xalq artisti, mərhum rejissor İrina Perlovaya məxsusdur.
   Gülər