Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni saytı hazırlanır. Saytda teatrın yaranma tarixi, teatr sənətinin görkəmli korifeyləri, teatrın inzibati və yaradıcı kollektivləri, bədii heyət haqqında geniş məlumat yerləşdirilir. Saytda həmçinin, video və fotoalbom, teatrın aktyor kollektivinin iştirak etdiyi qastrol səfərləri, beynəlxalq festivallar haqqında ətraflı məlumatlar, teatrın fəaliyyəti ilə bağlı bütün yeniliklər, habelə kütləvi informasiya vasitələrində dərc olunan məqalələr, teatrın aylıq və cari repertuarı, repertuarda olan tamaşalar haqqında qısa annotasiyalar və s. informasiyalar yer alacaq. Sayt yaxın günlərdə istifadəçilərin ixtiyarına veriləcək.