Gənc Tamaşaçılar Teatrının kollektivi festivaldan qayıdıb. Yaradıcı heyət İran İslam Respublikasının hər il ənənəvi keçirilən 32-ci Beynəlxalq «Fəcr ongünlüyü» teatr festivalında iştirak edib. Dünyanın müxtəlif ölkələrinin aparıcı teatr kollektivlərinin iştirak etdiyi festival İslan İnqilabının 32-ci ildönümünə həsr olunub. «Dramatik İncəsənət Mərkəzi»nin dəvəti ilə İrana yola düşən kollektiv İranın Gülüstan vilayətinin Kurqan, Qumbat, Qavuz şəhərlərində V.Şekspirin «Otello» tamaşası ilə çıxış edib.
   Teatrın baş rejissoru, Xalq artisti Cənnət Səlimovanın rəhbərlik etdiyi kollektivdə əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqü Hüseynov, Nofəl Vəliyev və başqaları iştirak edib. Aktyorlar uğurlu ifalarına görə, diplomlarla təltif olunublar.