Bakı Bələdiyyə Teatrında “Əli və Nino” əsəri səhnələşdirilir. Teatrdan bildiriblər ki, tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyevdir. Teatrın kollektivi yaxın vaxtlarda rejissor Rövşən Almuradlının quruluşunda Mirzə Fətəli Axundzadənin “Mürafiə vəkilləri” tamaşasını da sənətsevərlərə təqdim etmək niyyətindədir. Hər iki tamaşanın premyerasının yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulur.