Aleksandr Qriboyedov adına Tiflis Dövlət Akademik Rus Dram Teatrının yaradıcı kollektivi Bakıya qastrol səfərinə gəlib. Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsinə çıxan gürcüstanlı qonaqlar məşhur Polşa dramaturqu Slavomira Mrojekanın eyniadlı pyesi əsasında, rejissor və aktyor İrakli Apakidzenin səhnələşdirdiyi "Mühacirlər" tamaşasını təqdim edib.
   İlk dəfə bu tamaşa 2000-ci ildə Hollandiyanın Amsterdam şəhərində yerləşən "De brakke grond" teatrında səhnəyə qoyulub. 2002-ci ildə isə tamaşa Amsterdamın başqa bir teatrında - "Stadsschouwburg"da səhnələşdirilib. Tamaşa Belçika, Almaniya, Fransa və ABŞ-da da nümayiş etdirilib və böyük müvəffəqiyyət qazanıb.