Aprelin 30-da Akademik Opera və Balet Teatrında böyük rus bəstəkarı Pyotr Çaykovskinin «Qu gölü» baletinin tamaşası göstəriləcək. Tamaşada Azərbaycanın balet ustaları ilə yanaşı əsas partiyaları ifa etmək üçün Belarus Milli Akademik Opera və Balet Teatrının solistləri-balet ulduzları Olqa Qayko və Oleq Yeromkin dəvət olunublar. Bir sıra mötəbər balet müsabiqələrinin qızıl medalı və birinci mükafatının sahibi olan O.Qayko «Qu gölü» baletinin tamaşasında Odetta-Odilliya rolunu ifa edəcək. Onun tərəf-müqabili Şahzadə Ziqfrid partiyasının ifaçısı O.Yeromkin də balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatıdır.

   Gülər