Bu günlərdə Qazax Dövlət Dram Teatrında Firuz Mustafanın “Neytral zona” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub. Teatrın 23-cü mövsümündə tamaşaçılara təqdim olunan əsərin başlıca ideya-bədii xüsusiyyətlərini insanın cəmiyyətdə yeri, onun Qərb və Şərq dəyərlərinin ortaq cəhətlərinin təmas nöqtəsinə çevrilməsi təşkil edir.
   Səhnə əsərinin quruluşçu rejissoru Musa Eyyubov, quruluşçu rəssamı Afiq Məmmədovdur. Rolları Hacı Hacıyev, Allahverdi Musayev, Arif Almədədov, Sayalı İsmayılova, Minayə İbrahimova, Zöhrab Hacəliyev, Xanım Məmmədova ifa ediblər.