Sumqayıt Dövlət Musiqili Dram Teatrı və Sumqayitxeber.com saytının birgə layihəsi əsasında aprelin 10-da gəncləri teatra cəlb etmək məqsədi ilə teatrın binasında mədəni aksiya keçirilib. Aksiya haqqında məlumat Facebook sosial şəbəkəsində yayımlanıb. 300-dən artıq gəncin iştirak etdiyi aksiyada Yudjin O"Nilin “Qarağaclar altında məhəbbət” tamaşası nümayiş olunub.
   Tamaşadan xoş təəssüratla ayrılan gənclərin xahişini nəzərə alan Sumqayıt Teatrı aprelin 24-də yeni mədəni aksiya keçirərək bu dəfə gəncləri İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” tamaşasına baxmağa dəvət edir.