Bakı şəhərində fəaliyyət göstərən xalq teatrlarının festivalı başa çatıb. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə aprelin 18-də start götürən festival Mərdəkan qəsəbəsi Nizami adına Mədəniyyət Mərkəzində gerçəkləşib. Festivalda Maştağa qəsəbəsi H.Abbasov adına Mədəniyyət evi birinci yeri qazanıb. Mədəniyyət evi festivala «Vətən daşları» (müəllif Sevinc Əliyeva) və «Şəngülüm, Şüngülüm, Məngülüm» tamaşaları ilə qatılmışdı. Mədəniyyət evindən verilən məlumata görə, qaliblərin mükafatlandırma mərasimi aprelin 27-də Dövlət Kukda Teatrında olacaq.