Böyük ədib Mirzə Fətəli Axundovun (1812-1878) 200 illiyi münasibətilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Molla İbrahim Xəlil kimyagər” pyesinin motivləri əsasında tamaşa hazırlanacaq. Bu barədə tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov məlumat verib.
   Rejissor bildirib ki, bu ilin sentyabr-oktyabr aylarında tamaşanın məqşlərinə başlanılması nəzərdə tutulur. Axundovun 200 illiyinin qeyd olunması ilə bağlı ölkə başçısının müvafiq sərəncam imzaladığını xatırladan B.Osmanov deyib ki, artıq şair Əjdər Ol tərəfindən tamaşanın librettosu yazılır. Bu ilin iyun-iyul ayında Xalq artisti Siyavuş Kərimi isə tamaşanın musiqisini yazacaq.