Mayın 2-dən 14-dək Türkiyənin Girəsun şəhərində XVII Beynəlxalq Girəsun teatr festivalı keçiriləcək. Bu beynəlxalq tədbirdə Azərbaycanı Gəncə Dövlət Dram Teatrının kollektivi təmsil edəcək. Gəncə Teatrı festival çərçivəsində Tuncer Cucenoğlunun “Gözəlçələr” əsəri əsasında səhnələşdirdiyi tamaşanı mayın 8-də türkiyəli teatrsevərlərə təqdim edəcək.