Abdulla Şaiq adına Dövlət Kukla Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə aprelin 18-dən 27-dək keçirilmiş xalq teatrları festivalının qaliblərinin mükafatlandırılması mərasimi olub.
      
   Mərasimdə məlumat verilib ki, dram dərnəklərinin rejissor, quruluş hissə müdirlərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə keçirilən müsabiqənin nəticələrinə görə, H.Abbasov adına mədəniyyət evinin dram dərnəyi birinci yerə və I dərəcəli diploma, Xətai rayon Mədəniyyət Mərkəzinin Qaravəlli xalq teatrı II yerə və II dərəcəli diploma, R.Axundov adına mədəniyyət evinin S.Ruhulla adına xalq teatrı III yerə və III dərəcəli diploma layiq görülüblər.
   Mərasimdə həmçinin ən yaxşı rejissor işi, musiqi tərtibatçısı, kişi və qadın rollarının ifası nominasiyalarında qaliblərin adları açıqlanıb və onlar mükafatlandırılıblar.
   Festivalın qalibləri xalq teatrlarının Respublika baxış-müsabiqəsinə vəsiqə qazanıblar.