Mərakeş Krallığının Taza şəhərində keçirilən XII Beynəlxalq Teatr Festivalı başa çatıb. Festivala Asiya, Avropa, Afrika və Amerika qitələrindən 11 uşaq teatrı qatılıb. Azərbaycanı festivalda Abdulla Şaiq adına Dövlət Kukla Teatrı təmsil edib. Teatrın truppası festivalda Nizami Gəncəvinin “Xeyir və Şər” əsəri əsasında hazırlanmış tamaşa ilə çıxış edib.
   Azərbaycanın Kukla Teatrı böyük maraqla qarşılanan bu tamaşaya görə festivalda birinci yeri qazanıb. Teatr diplom və pul mükafatı ilə təltif olunub. Festivalda II yerə Mərakeş, III yerə isə İraq uşaq teatrları layiq görülüb.