Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı yeni qastrol səfərlərinə hazırlaşır. Teatrın qastrollarından biri Gürcüstana olacaq. Kollektiv mayın 25-26-da A.Qriboyedov adına Tiflis Dövlət Akademik Rus Dram Teatrının səhnəsində çıxış edəcək. Tiflis səhnəsində Mixail Zadornovun “Ər almaq istəyirəm” tamaşası nümayiş olunacaq.
   Rus Dram Teatrının növbəti səfəri isə Rusiyanın Həştərxan şəhərinə nəzərdə tutulur. Kollektiv 4-5 iyun tarixlərində Həştərxan Dram Teatrında yenə də “Ər almaq istəyirəm” tamaşası ilə çıxış edəcək.