Naxçıvan Dövlət Uşaq Teatrının direktoru, Azərbaycanın Əməkdar artisti Elmira Kərimovanın verdiyi məlumata görə, teatr İlqar Səmədovun “İki qardaş” əsəri ilə Şərur, Culfa, Babək və Şahbuz rayonlarında çıxış edib. Kollektiv hazırda Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Vüsal Rzayevin “Ata məhəbbəti” adlı əsərini səhnəyə hazırlayır. Tamaşanın quruluşçu rejissoru Vüsal Rzayev, rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı isə Zaur Kərimovdur. Tamaşa mayın 28-də nümayiş etdiriləcək.