Mayın 21-də Gənc Tamaşaçılar Teatrında «Biz teatrı sevirik» adlı yeni layihə üzrə tədbir keçiriləcək. Tədbirdə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov teatr və onun ictimai əlaqələri, Azərbaycan Siyasi-İctimai Universitetinin rektoru Rasim Nəbiyev və digərləri «Biz teatrı sevirik» mövzusunda çıxış edəcəklər. Çıxışlardan sonra isə Xalq şairi Rəsul Rzanın xeyirxahlığı, mehribanlığı, qayğını təcəssüm etdirən «Ana qaz» əsəri əsasında hazırlanan tamaşa nümayiş etdiriləcək. 

   Gülər