Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mayın 30-dan iyunun 5-dək Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçiriləcək türkdilli xalqların “Novruz” adlı 10-cu Beynəlxalq teatr festivalına dəvət alıb. Kollektiv festivalda Kamran Şahmərdanın “Ağ və Qara” tamaşasını göstərəcək. Nümayəndə heyətinə teatrın direktoru Rəşad Əhmədzadə rəhbərlik edəcək. Festivalda təmsil olunacaq nümayəndə heyətinin tərkibinə baş rəssam Lətifə Quluzadə, bədii quruluş hissə müdiri Süleyman Muradov, səhnə quraşdırma sexinin müdiri Rəşad Yaqubov, səhnə quraşdırıcısı Elşən Kazımov, aparıcı səhnə ustası Tamilla Bunyatova, dram artistləri Rəhim Rəhimov, Rauf Babayev, Lina Məmmədova, Afət Ağayeva daxildir.