C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında M.F.Axundzadənin “Hekayəti-xırs quldurbasan” tamaşası nümayiş etdirilib. Səhnə əsəri M.F.Axundzadənin anadan olmasının 200 illik yubileyinin geniş şəkildə qeyd edilməsi ilə bağlı prezident sərəncamına uyğun olaraq hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Rövşən Hüseynov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı isə Rəfalət Kərimovdur.
   Azərbaycanın Xalq artisti Həsən Ağasoy (Nəcəf), əməkdar artistlər Əli Əliyev (Divanbəyi), Xəlil Hüseynov (Namaz), Yusif Allahverdiyev (Məşədi Qurban) və başqaları öz aktyorluq məharətləri ilə maraqlı bir tamaşanın səhnə həllinə nail olublar.