Mayın 31-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Tələbə baharı” adlı yaradıcılıq festivalının qala konserti keçirilib. 2006-cı ildən etibarən Gənclər və İdman Nazirliyi hər il ali təhsil müəssisələrinin tələbələri arasında “Tələbə baharı” yaradıcılıq festivalı keçirir. Məqsəd tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır. Nazirlik festivalın əhəmiyyətini nəzərə alaraq əhatə dairəsini genişləndirmək qərarına gəlib. Budəfəki festivalda Rusiya, Ukrayna, Qırğızıstan, Moldova, Tacikistan, Belarus və Özbəkistandan olan tələbələr də iştirak ediblər.