Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində “Poker, pul və sevgi” tamaşasının premyerası olacaq. Teatrdan verilən məlumata görə, T.Korotkovanın pyesi əsasında Azərbaycanın Əməkdar artisti Boris Lukinskinin quruluş verdiyi tamaşa iyunun 11-i və 12-də nümayiş olunacaq. Tamaşada Xalq artisti Lyudmila Duxovnaya, İlkin Mehdiyev, Teymur Rəhimov, Lalə Rüstəmova, Fəridə Nesterenko, Murad Məmmədov, Ramil Əliyev, Mariya Duboviskaya iştirak edirlər. Kostyum və dekorasiya üzrə rəssam Nikita Sazonovdur.