Dramaturq Oqtay Altunbayın “Şeyx Nizami” əsəri bir neçə ildir ki, Gəncə Dövlət Dram Teatrının səhnəsində uğurla oynanılır. Tamaşaçılar tərəfindən rəğbətlə qarşılandığını nəzərə alan Gəncədəki Nizami Poeziya Teatrının kollektivi əsəri meydan tamaşası kimi teatrsevərlərə təqdim etməyi qərara alıb. Teatrın direktoru Əli Qasımov deyib ki, poeziya teatrında göstəriləcək tamaşanın ssenarisində bəzi dəyişikliklər edilib, açıq hava üçün uyğunlaşdırılıb. Əsər yaxın vaxtlarda tamaşaçılara təqdim olunacaq.