Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının heyəti iyun ayında Tuncer Cücenoğlunun “Ziyarətçi” tamaşası ilə Lənkəranda keçiriləcək Teatr festivalında iştirak edəcək. Teatrda həmçinin Ukraynanın Donetsk şəhərindən dəvət olunmuş rejissor Tatyana Şevçenko, rəssam Sergey Karpenko, Yelena Karpenko tərəfindən Mark Tvenin “Şahzadə və dilənçi” pyesinin tamaşası hazırlanır. Tamaşanın premyerası iyulun 15-nə nəzərdə tutulur.