Azərbaycanlı balet ifaçısı Ülvi Əzizov Çexiyanın Dövlət Praqa Operasının truppasına qəbul olunub. Onun yeni truppada ilk çıxışı "Jizel" baletində olacaq. Ülvi Əzizov tamaşada Albert rolunu oynayacaq. Dövlət Praqa Operası Avropanın ən məşhur teatrlarından biri hesab olunur. Burada müxtəlif truppalar uğurla çıxış edir. Teatr 1988-ci ildə inşa olunmuş köhnə alman teatrının binasında yerləşir. Praqa operası zəngin bədii ənənələri ilə məşhurdur.