İyulun 3-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında A.N.Ostrovskinin pyesi əsasında “Qurdlar və qoyunlar" tamaşasının premyerası olacaq. Teatrdan verilən məlumata görə, tamaşa 90-cı teatr mövsümünün son günündə keçiriləcək. Tamaşanın quruluşçu-rejissoru Timur Nəsirov, rəssamı Nikita Sazonovdur. Tamaşada rolları Azərbaycanın xalq artistləri Hacı Murad Yeqizarov, Aleksandra Nikuşina, Yuri Baliyev və başqaları ifa edirlər.