Qax Dövlət Kukla Teatrında Kəmalə Ağazadənin “Göyçək Fatma” əsəri əsasında yeni quruluşda hazırlanmış tamaşaya ictimai baxış olub. Teatrın rejissoru İsako Zeynalaşvilinin səhnələşdirdiyi tamaşanın rəssamı Əmrah Məmmədov, musiqi tərtibatçısı Yusif Abdurahmanovdur. Tamaşada əsas rolları Nərmin Hüseynova, Afət Yaqubova, Araz Mehrablı, Azər Kərimov, Leyla Cəlilova və başqaları ifa edirlər.
   Balaca tamaşaçıların, onların valideynlərinin, teatrsevərlərin iştirak etdikləri ilk tamaşa uğurlu keçib. Teatrın direktoru Nazim Mahmudov bildirib ki, kollektiv bu əsərlə, habelə repertuarda olan digər tamaşalarla iyulun ortalarınadək uşaqlar qarşısında çıxış edəcək, məktəblilərin yay tətili günlərinin mənalı və səmərəli keçməsinə öz töhfəsini verəcək.