Teatr Xadimləri İttifaqı yeni layihəyə başlayır
   
   Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü ilə gənc dramaturqlar üçün “Axundov dərsləri” adı altında yeni layihənin icrasına başlanır.
   İttifaqın sədri, Xalq artisti Azər Paşa Nemət bildirib ki, layihənin başlanğıcı olaraq tanınmış simaların ustad dərsləri keçiriləcək: “İlkin olaraq tanınmış dramaturqlar dəvət olunacaq və bu dərslərdə gənc yazıçılar iştirak edəcək. Layihə ilkin mərhələdə üç hissədən ibarət olacaq”.
   Layihəyə əvvəl yerli peşəkarlar, sonra isə xarici ölkələrdən yazıçılar cəlb olunacaq. Onlar gənc və orta nəslin nümayəndələrinə ustad dərsləri keçəcəklər. Dünya yazarlarının prosesə cəlb olunmasına üç aydan sonra başlanılması planlaşdırılır.