Bakı Uşaq Teatrı mövsümü başa vurur. Teatr iyulun 15-də azyaşlı uşaqlar üçün tədbir keçirəcək. Teatrın rəhbəri İntiqam Soltanın verdiyi məlumata görə, tədbirdə uşaqlara teatr aləmi, aktyor işi haqqında danışılacaq. Həmçinin aktyor oyunları ilə bağlı nümunələr göstəriləcək. Daha sonra isə uşaqların aktyorluq məharəti yoxlanılacaq. Tədbirin sonunda Uşaq Teatrının «Qəhrəman köpək» adlı türk nağılı əsasında hazırladığı eyniadlı tamaşa təqdim olunacaq.
   İ.Soltan onu da bildirib ki, yay tətili ərzində Uşaq Teatrında monotamaşalar festivalı üçün hazırlanan tamaşalardan bir neçəsinin təqdimatı olacaq. Festivalın keçirilməsi isə sentyabr ayına planlaşdırılıb.
   
   Gülər