Dövlət Akademik Milli Dram Teatrında iyulun 9-da Eduardo de Filipponun «Kabuslar» əsəri əsasında hazırladığı tamaşaya ictimai baxış keçirilib. Janrı iki hissəli mistik tragikomediya kimi müəyyən olunan tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Rəqslərə Sənan Hüseynli, səhnə tryuklarına isə İsa Əsədov quruluş verib. Rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Şükufə Yusupova, əməkdar artistlər Ayşad Məmmədov, Münəvvər Əliyeva, Məsmə Aslanqızı, Cəfər Əhmədov, Pərviz Bağırov, Sevinc Əliyeva və digərləri ifa edirlər.
   İyulun 13-də tamaşanın premyerası keçiriləcək.   

  Gülər