Bu ilin noyabrında Bakıda Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə Eksperimental Teatr Festivalı keçiriləcək. Teatr Xadimləri İttifaqından verilən məlumata görə, festivalının məqsədi ölkə teatrlarında fəaliyyət göstərən rejissor, aktyor, rəssam və bəstəkarların teatr sahəsində yaradıcılıq potensialını maksimum üzə çıxarmaq, eksperimentlərə geniş meydan açaraq gənclərə daha çox imkan yaratmaq və bununla da milli teatr prosesində canlanma yaradıb, onun inkişafına yardımçı olmaqdır. Ölkəmizdə fəaliyyət göstərən bütün teatrlar hazırladıqları yeni tamaşalarla festivalda iştirak edə bilərlər.