Naxçıvan Dövlət Kukla Teatrında iki yeni tamaşa 
   
   M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Aybəniz Ağaqızının Azərbaycan xalq nağılları əsasında səhnələşdirdiyi “Daşdəmir” tamaşasının məşqləri aparılır. 
   Tamaşanın quruluşçu rejissoru Nadir Hüseynov, rəssamı Əli Səfərov, bəstəkarı muxtar respublikanın Əməkdar incəsənət xadimi Şəmsəddin Qasımovdur.
   Teatrın bədii rəhbər-direktoru, Azərbaycanın Xalq artisti Yasəmən Ramazanova bildirib ki, kollektiv daha bir əsəri - Səbuhi Hüseynovun “Möcüzəli adanın sakinləri” pyesini də səhnələşdirir. Əsərdə uşaqlara torpağa, yurda bağlılıq hissləri aşılanır, lovğalığın, təkəbbürün, kin-küdurətin mənfi cəhətlər olduğu göstərilir.
   Tamaşanın quruluşçu rejissoru Yasəmən Ramazanova, quruluşçu rəssamı Cəlal Rzayev, bəstəkarı Əli Məmmədovdur.