Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından 256 saxlama vahidi foto sənədlər daimi saxlamaq məqsədi ilə Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.
   Dövlət Kino-Foto Sənədləri Arxivindən verilən məlumata görə, fotosənədlər teatrda səhnələşdirilmiş 25 adda tamaşadan, habelə teatrın binasının əsaslı təmirindən sonrakı görüntüləri əks etdirir. Hazırda foto sənədlərin arxivdə yazılı məzmunu hazırlanır və fonda qəbul rəsmiləşdirilir.