Yuğ Dövlət Teatrının rejissoru Rasim Aşın avqustun 11-də Türkiyənin İzmir şəhərində başlanan 5-ci Türkiyə teatrları rəhbərlərinin görüşündə iştirak edir. Bu barədə məlumat verən rejissor tədbirə qonaq qismində dəvət olunduğunu bildirib. Avqustun 14-dək davam edəcək görüşə Türkiyənin məşhur teatrlarının rəhbərləri Ahmet Önəl, Nurqut İlhan, Mehmet Esatoğlu, Tuncer Cücenoğlu, həmçinin rejissor və yazıçılar qatılıb. Tədbirdə müasir teatr mövzusunda müzakirələr aparılır.