Tanınmış aktyor Vladimir Etuş Bakıda çıxış edəcək
   
   Rusiyanın tanınmış aktyoru, SSRİ Xalq artisti Vladimir Etuş Bakı səhnəsində çıxış edəcək. 89 yaşlı aktyorun sənətsevərlərlə görüşü sentyabrın 24-də Heydər Əliyev Sarayında baş tutacaq.
   Sarayın mətbuat xidmətindən verilən məlumata görə, aktyor bakılı tamaşaçıların qarşısına baş rolda oynadığı “Neapol ehtirasları” tamaşası ilə çıxacaq. Tamaşa saray rəhbərliyinin dəvəti və təşkilatçılığı ilə nümayiş olunur.
   Səhnə əsəri məşhur italyan dramaturqu Eduardo de Filipponun pyesi əsasında səhnələşdirilib. Tamaşada həmçinin İrina Kupçenko, Vladimir Steklov, Aleksey Panin, Vladimir Koval, Maksim Konovalov və Lidiya Velejeva kimi məşhur aktyorlar iştirak edəcəklər. Tamaşanın biletlər artıq şəhərin mərkəzi kassalarında satışa çıxarılıb. Qeyd edək ki, Vladimir Etuş məşhur “Qafqaz əsiri” filmində yaratdığı Saaxov obrazı ilə tamaşaçılar arasında daha məşhurdur.