Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi yeni mövsümü Oktay Altunbayın “Şeyx Nizami” əsəri ilə açmağa hazırlaşır. Teatrdan bildiriblər ki, yeni tamaşa dahi söz ustası Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində səhnələşdirilib. Vaqif Şərifovun quruluş verdiyi əsərdə baş rolun ifaçısı İlham Hüseynovdur.
   Yeni teatr mövsümündə kollektiv tamaşaçılara bir neçə yeni əsər təqdim etməyi planlaşdırır. Bu sırada yer alacaq M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah caduküni-məşhur” tamaşası görkəmli ədibin 200 illik yubileyinə töhfə olacaq.
   Bundan əlavə, teatrda mövsüm ərzində rus yazıçısı Nikolay Qoqolun “Evlənmə”, Aydın Murovdağlının “Alın yazısı” pyesləri əsasında tamaşalar da teatrsevərlərə təqdim ediləcək.