Yuğ Teatrının tamaşası Frans Kafkanın novellası əsasında səhnələşdirilib
   
   Dövlət Yuğ Teatrı sentyabrın 17-də yeni mövsümü “Kafkadan salam” tamaşası ilə açacaq. Tamaşa Frans Kafkanın “Hökm” adlı novellası əsasında səhnələşdirilib.
   Səhnə əsərinə mərhum rejissor Vaqif İbrahimoğlu quruluş verib. Əsas rolları Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Yaqut Paşazadə, Vidadi İsmayıl, İlham Həsənli, Hikmət Rəhim və Vaqif Həsənov ifa edirlər.