«Azərbaycan Gənclər Eksperimental Teatr Studiyası» Avropaya səfərə hazırlaşır. Türkiyədəki uğurlu çıxışlardan sonra teatr studiyası Almaniya və İsveçdə çıxış edəcək. Teatrdan verilən məlumata görə, «Gümüş qəlblər» adlı bu tamaşanın adıçəkilən ölkələrdə təqdimatı Azərbaycan-türk diasporları tərəfindən təşkil olunur. Tamaşa türkdilli xalqlar üçün oynanılacaq. Bununla yanaşı tamaşanın İstanbulda təqdimatı da planlaşdırılır.
   Qeyd edək ki, «Gümüş qəlblər»in ilk premyerası bu il avqustun 18-də Türkiyənin İzmir şəhərindəki «İzmir Seferihisar Teatr Festivalı»nda olub. Azərbaycanda isə tamaşa hələ oynanılmayıb.
   
   Gülər