Oktyabrın 20-dən 27-dək Nyu-Yorkda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan-Nyu-York Assosiasiyasının birgə təşkilatçılığı ilə “Amerikada Azərbaycan teatr bayramı” devizi altında festival keçiriləcək. Tədbir Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunub. Bayram tədbirində Dövlət Musiqili Komediya Teatrının yaradıcı heyəti iştirak edəcək. Teatrın mətbuat xidmətindən bildiriblər ki, bu, Azərbaycan teatrının 138 illik tarixində okeanın o tayına ilk səfəridir. Teatrın direktoru Əliqismət Lalayevin rəhbərlik etdiyi yaradıcı heyətə tanınmış səhnə ustaları Afaq Bəşirqızı, Hüseynsəfa Mirzəhəsənov, solist-vokalçı Nərgiz Kərimova və başqaları daxildirlər.
   Festival çərçivəsində keçirilən görüşlərdə sənətçilərin ifasında komediyalardan parçalar nümayiş olunacaq.