Dövlət Pantomima Teatrı yeni mövsümü sentyabrın 17-də irland yazıçısı Semuel Bekketin əsərlərinin təsirindən səhnələşdirilmiş “Qaranlıq” tamaşası ilə açacaq. Tamaşanın rejissor Bəhruz Vaqifoğlu səhnə əsərinin ötən mövsümün sonunda teatrda nümayiş olunduğunu dedi: ”Tamaşanın qəhrəmanı bir yazıçıdır. O, qaranlığı çox sevir. Əslində isə “qaranlıq yaxşıdır, yoxsa pisdir” ideyası əsas götürülür. Bundan çıxış edərək, insanların özlərini xoşbəxt və bədbəxt etməsi, həmçinin insanı daxili məhvə aparan tərəflər də göstərilir”.
   45 dəqiqəlik tamaşanın plastik həlli Dövlət Pantomima Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadəyə məxsusdur.
   Baş rollarda Ceyhun Dadaşov (yazıçı), əməkdar artist Nargilə Qəribova (kabus), digər rollarda Elnur İsmayılov, Əli Əlizadə oynayırlar.
   
   Reyhan İsayeva