Akademik Milli Dram Teatrında tanınmış türk yazıçısı Sadık Şəndilin müəlif olduğu “Qanlı Nigar” əsərinin motivləri əsasında eyniadlı tamaşanın premyerası keçiriib. Yeni quruluşda təqdim olunan bu əsəri gənc rejissor Namiq Ağayev hazırlayıb. Tamaşada əsas rolları Firəngiz Mütəllimova (Qanlı Nigar), Rafael Dadaşov (Agah ağa), Tofiq Hüseynov (Laz) və başqaları canlandırıblar. Tamaşada Türkiyənin məşhur sənətçisi Sezen Aksunun ifasından da istifadə olunub. Qeyd edək ki, Sadık Şəndilin bu əsərini Azərbaycan dilinə mərhum rejissor Vaqif İbrahimoğlu çevirərək ilk dəfə Milli Dram Teatrının səhnəsində tamaşaya qoyub.