Baletə rusiyalı baletmeyster quruluş verəcək
   
   Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli fransız bəstəkarı Jorj Bizenin “Arlezianka” baleti tamaşaya qoyulacaq. Tamaşanın quruluşunu tanınmış baletmeyster, Rusiyanın Əməkdar incəsənət xadimi Nadejda Malıgina həyata keçirəcək.
   Teatrdan verilən məlumata görə, Nadejda Malıgina Rusiyanın ayrı-ayrı şəhərlərinin Opera və Balet teatrlarında və müxtəlif xarici ölkələrdə 50-dən artıq balet tamaşasına quruluş verib. Onun quruluş verdiyi tamaşalar Moskva, San-Fransisko və Romada keçirilən beynəlxalq müsabiqələrdə yüksək mükafatlara layiq görülüb. N.Malıgina “Teatr ilahəsi” müsabiqəsində 3 dəfə “Ən yaxşı quruluşçu baletmeyster” işi üçün təsis edilən mükafatı qazanıb. “Arlezianka” baletinin premyerası dekabrın 24-də baş tutacaq.