Noyabrın 1-də Azərbaycan Dövlət Kukla Teatrında dahi Azərbaycan şairi Nizami Gəncəvinin «Xeyir və Şər» poeması əsasında hazırlanmış tamaşa nümayiş etdirildi. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan bu tamaşa bir növ tərbiyəvi xarakter daşıyır. Peşəkar aktyor oyunu ilə də diqqəti çəkən tamaşada Şərin Xeyirə ziyan yetirməsinə baxmayaraq sonda Xeyrin Şər üzərində qələbəsi, Qədim Şərq fəlsəfəsində olduğu kimi, bu iki qüvvə arasındakı mübarizə çox gözəl təsvir edilib.
   Tamaşa boyu davam edən hadisələr Xeyir qüvvənin xeyirxahlığını təbliğ edirdi. Azərbaycan milli geyimlərində görünən personajlar isə bunun öhdəsindən çox gözəl gəldilər. Çünki zəngin ideyalarla dolu, Şərqin müsbət mənəvi keyfiyyətlərini özündə birləşdirən bu əsər peşəkar aktyor oyunu ilə bir-birini tamamlayırdı. Bir sözlə, tamaşa həm uşaqların, həm də böyüklərin böyük marağına səbəb oldu.
   
   Mehparə