Bu tamaşada balaca oğlan və öküz arasında yaranan dostluqdan bəhs edilir. Oğlanın qəddar ögey anası bu dostluğa son qoyub, öküzü öldürmək niyyətindədir. Sədaqətli dostlar canlarını qurtarıb qaçmaq qərarına gəlirlər. Lakin ögey ana onları amansızcasına təqib edir. Əsas və olduqca maraqlı hadisələr də elə buradan başlayır...
   
   * * *   

   Gürcü Kölgə Teatrı “Budruqana”
   “Nə gözəl gündür”
   

   Tamaşada ayı balası ilə yazdan qışa kimi baş vermiş müxtəlif əhvalatlardan danışılır. Burada uşaqlar özlərini baş qəhrəman ilə eyniləşdirir, böyüklər isə ömürlərini təhlil edə-edə öz uşaqlıqlarını yada salırlar.
   Daha sonra ayı balası “Ca Lazvardi” (Mavi Səma) adlı gürcü milli mahnısının simvollarını öyrədir və belə üsul ilə seyrçilərə “sağ olun” deyir.Tamaşa ilk dəfə 1991-ci ildə Parisdə keçirilən “Les Semaines de la Marionette” beynəlxalq festivalında nümayiş olunub.