Bakıda keçirilən I Beynəlxalq Kukla Teatrları Festivalının son iki günündə də maraqlı tamaşalar nümayiş etdirilib. Noyabrın 5-də Rusiya Çuvaş Dövlət Teatrının təqdim etdiyi “Tanrıya on dörd məktub”, Azərbaycanın “Bəbək” Televiziya teatrının hazırladığı “İz”, noyabrın 6-da isə Misirin “Vel ya vel” Kukla Teatrının təqdimatında “Qoha və Fattoranın oyunu”, Gürcüstanın “Multi-pulti dünyası” Kukla Teatrının “Tsikara”, Azərbaycanın Qax Dövlət Kukla Teatrının “Turp”, Tatarıstan “Əkiyat” Dövlət Kukla Teatrının “Vəhşi qazlar”, Həştərxan Dövlət Kukla Teatrının L.Dvorskinin “Şıltaq şahzadə” tamaşaları balacalar tərəfindən maraqla qarşılanıb.