İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi noyabrın 14-dən 22-dək Türkiyədə qastrol səfərində olacaq. Teatrın kollektivi 14 noyabr - İğdırın qurtuluş günündə İğdırda, noyabrın 15-də Qarsda, noyabrın 17-də Ankarada, 19-da İstanbulda, 20-si və 21-də Manisada, 22-də Muğlada, 24-də Türkiyə Müəllimlər Günü münasibəti ilə zəlzələdən zərərçəkənlərə dəstək olmaq üçün Vanda çıxış edəcək. Türkiyə mediasının məlumatına görə, teatrın rəhbərliyi Manisada çıxışları zamanı toplanacaq vəsaiti Mehmet Akif Liseyinin Məktəb Ailə Birliyi və şagirdlərinin iştirakı ilə Vanda zəlzələdən ziyan çəkənlərə çatdırmaq istəklərini bildiriblər. Teatr rəhbərliyi bu işdə Manisa valisi Halil İbrahim Daşözdən dəstək istəyib. Vali bu istəyi qəbul edib.