Tamaşaya ictimai baxış keçirildi
   
   Noyabrın 11-də Gənc Tamaşaçılar Teatrında “Romeo və Cülyetta” tamaşasına ictimai baxış keçirildi. Böyük ingilis dramaturqu Uilyam Şekspirin məşhur əsərini teatrın baş rejissoru Xalq artisti Cənnət Səlimova səhnələşdirib. Tamaşanın quruluşçu rəssamı Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurdjidze, bəstəkarı Firudin Allahverdidir. Plastik həll və rəqslərin quruluşu rusiyalı xoreoqraf, Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qritsaya məxsusdur. Tamaşada əsas rolları Günel Məmmədova (Cülyetta), Elnur Kərimov (Romeo), digər rolları isə əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Seyidşah Məmmədov, Şövqi Hüseynov, Kəmalə Hüseynova, Leyli Vəliyeva, aktyorlar Nəsibə Eldarova, Rəşad Səfərov, Vüqar Məmmədəliyev, Nicat Kazımov və başqaları ifa edirlər.
   Tamaşanın premyerası noyabrın 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında olacaq.
   
   Reyhan