İrəvan Dövlət Azərbaycan Dram Teatrının Türkiyənin Qars şəhərində Çanaqqala istiqlal müharibəsində azərbaycanlıların qəhrəmanlığından bəhs edən “Soyqırımı abidəsinin dastanı” tamaşası teatrsevərlərin rəğbətinə səbəb olub. Türk yazıçısı Zehni Papaqçının əsəri əsasında İftixar Piriyevin quruluş verdiyi tamaşanı Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov, Qars bələdiyyəsinin sədri Nevzat Bozkuş, Azərbaycan dərnəklərinin sədrləri də izləyiblər. Tamaşadan sonra teatrın rejissoruna və aktyorlara xatirə hədiyyələri təqdim olunub.
   İrəvan Dövlət Azərbaycan Dram Teatrının 130 illik yubileyi münasibətilə təşkil olunmuş qastrol səfəri Türkiyənin daha bir neçə şəhərində davam edəcək.